Kəşf etmək üçün 1423 şeir
Şeirlər
Yaddaşınızda qalacaq bir misra tapın.
İlk misraları oxuyun. Sizə yaxın olan şeirləri kəşf edin.
1423 şeir: 337–360
Mən ancaq həmişə xəyallarımın,
Yağını-aşını xonçaya qoydum. Kim mənə daş atdı, öpüb-oxşadım, Götürüb daşını xonçaya qoydum.
Riyazi qayda ilə əllinin-əlliyəyik,
Nə savab adamıyıq, nə də günah adamı.Çırpınırıq keçmişin xarabalıqlarında,Gah daşı andırırıq, gah da ki.. gah, adamı.
Köhnə havalara şişib ovurdlar,
Bayquşa kef verir viranə yurdlar, Sağıb qurtarıblar vətəni qurdlar, Nə qaymaq, nə də yağ əmələ gəlir..
Hərdən əsəblərim yerində olmur,
Heç nədən qan töküb, qada salıram. Qoyub qabağıma yaralarımı, Üstünə duz səpib dada salıram..
Eynidi hüzn, kədər,
Bilmədiyim dillərdə.İnsan kimi ağlayır,Ağlayanda, fillər də.
Baharın gəlişinə hamıdan çox
mən sevinirdimuşaq olanda..Baharqızı qucaqlamaq istəyirdim
Gözlərin ağzına su alıb durub,
Nə bəmdən danışır,nə zildən gözəl. Bu günün işini sabaha qoyma, Ay-aydan pis gəlir,il-ildən gözəl.
Məni yarıtmadı bu tale, bu baxt,
Tövbə yer üzünə, tövbə, İlahi.Sən çıxıb gedibsən,nə vaxtsa bir vaxt,İndi də mənimdi növbə,İlahi.
Sən qəmdən-qəməsən,o dəmdən-dəmə,
Ziyan eləyirsən nəf başa düşür. Nə qədər arınıb-durulanırsan, Düzgün işlərini kəf başa düşür..
Könlüm zirvələri köksünə sıxdı,
Ruhum buludları içib dəm oldu. İlahi çox şükür Laçınımızdan, Mənfur ermənilər cəhənnəm oldu.
Asan gəlib keçmədi, ömrümüzdən ötən il,
İldlrımnan, tufannan şimşəknən yadda qaldı.Bahalıq əjdahatək xəlqi saldı cənginə,Adamlar vitrinlərə şişməknən yadda qaldı.
Gizləyirik üzümüzü ələknən,
Girləyirik başımızı kələknən, Çarpışırıq, əlləşirik fələknən, Küyə doğru, səsə doğru gedirik.
Şirin ağrılarla yuxuya getdim,
Çıxdım içimdəki qatı hüzndən. Gördüm dayanmısan yolayrıcında, Yanaşıb astaca öpdüm üzündən.
Bəlkə də bəzi vaxtlar
yazdığım şeirləri bəyənmir dostlarım. Hirsləndirir onları aşırı coşqumun pozulmuş ritmləri.
İndi
Güllələr Oyur-oyur oynasaydı, Qarabağda
Həp elə bilir Yapdadı,
Yap elə bilir Həptədi.. Mən də baş sındırıram, Az qala bir həftədi..
Bütün bayramlardan gözəl idi o,
Bütün bayramlardan..Nə yalan deyim.1may bayramından doğmuşdu məni,
Mən də Ələsgər demiş,
"Qaşqınnıq" içindəyəm.. Heç nədən baş açmıram, Çaşqınlıq içindəyəm..
Elə bildim yuxudu, gecə 3-ün yuxusu,
Telefon inildədi, qəfil bir-iki ağız. Təpəmdən dırnağıma basdı bədənimi su, Bənizim an içində ağarıb oldu kağız.
SƏMƏRQƏND...
Çatdım Səmərqəndə gecə düşəndə, Güclü yağış yağır, külək əsirdi.. Sanki bir zamanlar olmuşdum burda,
Uzaqdasan,o olduğun uzaqlar,
Görməsəm də xəyalımda canlanır. Unudursan yeməkləri ocaqda, Yandırırsan,üzün hər gün danlanır..
Tökülürəm ləçək-ləçək,
Oldu-bitdi əl çək, əl çək.. Məni məndən tərpədəcək, Elə gözəl xanım yoxdu..
hələ ki,gücümüz birliyə çatmır..
hələ ki,sədd qurub ara çəkirik. kim ki,bir balaca ayaqda durur, buza sürüyürük,qara çəkirik.
Lap başımı itirmişəm,
Günah çoxdu,savab yoxdu. Tanrı susub,bəndə susub, Suallara cavab yoxdu.
Başqa bir başlanğıc
Şeir tapılmadı.
Daha qısa ifadə yazın və ya filtri silin.
Axtarış müvəqqəti əlçatan deyil. Aşağıdakı şeirlərə baxa bilərsiniz.
Bu brauzerdə saxlanılır. Hesaba ehtiyac yoxdur.