Şeir · Azərbaycan
Məni yarıtmadı bu tale, bu baxt,
Məni yarıtmadı bu tale, bu baxt,Tövbə yer üzünə, tövbə, İlahi.Sən çıxıb gedibsən,nə vaxtsa bir vaxt,İndi də mənimdi növbə,İlahi.Ürəyim əriyən şam kimi laldı,Yollar tükənibdi bu yer üzündə.Hərə bir at çapıb bir ənam aldı,Mənim taleyimin Cıdır düzündə.Qəlbimi köksümdən çıxardıb atdım,Tökülsün-dağılsın qan dolu badəm.Bax bu son nəfəsdi,bax bu son addım,Özümü yenməyə çatar iradəm.Qəzaya uğradım qanadlarımdan,Uçmaq istədikcə daşa çaxıldım.Dinlə bu naləni könül tarımdan,Mən bu yer üzünə səhv buraxıldım.Başımda min dənə sual dolaşır,Qəlbimin yaralı gümanlarından..Məni bir balaca o üzə aşır,Bu solğun axşamın dumanlarından.Aç mənə göylərin dar yaxasını,Beynim təmizlənsin fikir tozundan.Ödəyim nə varsa can bahasına,Ver bir qüllab vurum, papirosundan.Yox olum zamanın çərçivəsindən,Uzaq bir ulduzda çağlasın eşqim.Yatım şəfəqlərin layla səsindən,Burda neyləyirsən deməsin heç kim.Yol gəlir içimdə bir ilahi səs,Necə ki,yol gəlir körpə bətndə..Yox məni heç bir şey saxlaya bilməz,Bu çürük ehkamlar səltənətində.Qoy heç nə qalmasın məndən sonraya,Nə şeir,nə şöhrət-ad..istəmirəm.Xatirə,memuar, şəkillər və ya,Ölməzlik iksiri-zad istəmirəm.Yağışa, günəşə,səmaya dönmüş,Bir ayrı, bir özgə həyatım olsun.Çox da ləngiməsin bu müqəddəs iş,Kişnəyən buludlar ağ atım olsun..Məni yarıtmadı bu tale, bu baxt,Tövbə yer üzünə, tövbə, İlahi.Sən çıxıb gedibsən,nə vaxtsa bir vaxt,İndi də mənimdi növbə,İlahi...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/meni-yaritmadi-bu-tale-bu-baxt/