Şeir · Azərbaycan
Mən ancaq həmişə xəyallarımın,
Mən ancaq həmişə xəyallarımın, Yağını-aşını xonçaya qoydum. Kim mənə daş atdı, öpüb-oxşadım, Götürüb daşını xonçaya qoydum.
Dəyişdi qəfildən həyatın tamı, Eşidib biləndə qınadı hamı, Hörmət mindirdim nə qədər xamı, Nə qədər naşını xonçaya qoydum.
Bir gözəl varıydı olmadı nəsib, İndi aramızdan küləklər əsib, Cibimdə gizlədim saçından kəsib, Gözünü-qaşını xonçaya qoydum.
Gülüm yetişmədi qonça tutmağa, Onca çiçək vardı, onca, tutmağa, Heç nə tapammadım xonça tutmağa, Gözümün yaşını xonçaya qoydum
Bu ömrü, bu canı, bu ruhu məhv et, Ya da ki, nə bilim bir az da rəhm et, Mənim də səhvim var İlahi əfv et, Hər itin başını xonçaya qoydum.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/men-ancaq-hemise-xeyallarimin/