Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Uzaqdasan,o olduğun uzaqlar,

Ayaz Arabaçı

Uzaqdasan,o olduğun uzaqlar, Görməsəm də xəyalımda canlanır. Unudursan yeməkləri ocaqda, Yandırırsan,üzün hər gün danlanır.. Başım üstə dolub-daşan buludlar, Göz yaşını görüntüyə gətirir.. Dəyir tez-tez qorxa-qorxa burnuma, Saçlarının mandarinli ətiri.. Ürəyimin damarını gəmirən, Qəzəb dolu bir pələngdi bu şeir.. Yuvasından perik düşmüş qumrudu, Cilvələnən çərpələngdi bu şeir. Qarışıbdı fırtınası,gəmisi, Dərdim bu dəm azğınlaşmış axındı. Min ağac da uzaqlaşsam alınmır, Xatirələr iş yerinə yaxındı.. Mən onsuz da hərtərəfli batmışam, Nə top-tüfəng,nə kaman-ox, nə nizə. Keçən payız qıfıllayıb atmışam, Ürəyimin açarını dənizə. Düzü bir az çəkinirəm yazmağa, İstəyirəm uzun sürsün bu qar-qış. Kefim də var hərdən səndə azmağa, Nə müddətdi iç-içədi bahar-qış.. Mən bu həbdən indiyəcən çox atdım.. Ağrılığdan-ağrılığa aparaır.. Bəri başdan onu bil ki,hər addım, Yaşandıqca ayrılığa aparır.. Sən bu eşqi küçə-küçə dolanıb.. Sən bu eşqi məhlə-məhlə yaşama.. Günbatandan gündoğana boylanıb, Doyulmayan bir fərəhlə yaşama.. Elə bilmə hər sevdiyin adamın, Əllərində ağ güllərdən çələng var. Bir ceyran var hər qadının içində, Hər kişinin içində bir pələng var. Gələr bəlkə məni-məndən alan çağ, Axtarıram,ağam cəddi tapmıram)) Səndən roman yazmaq olar mən ancaq, Düz-əməlli süjet xətti tapmıram..

Saytda dərc olunub