Şeir · Azərbaycan
Baharın gəlişinə hamıdan çox
Baharın gəlişinə hamıdan çoxmən sevinirdimuşaq olanda..Baharqızı qucaqlamaq istəyirdimŞaxta babanın çarpayısında..İstəyirdim sürətlə uzansın boyum,çıxsın bığlarım.Güzgüdə çil-çil sifətimə,yekə qulaqlarıma baxıb kədərlənirdim.Allahın sevgisindən qıraqda qalmışdım.Ələddinin cini kimi çıraqda qalmışdım.Mənə elə gəlirdi ki, atdığım hər addımda izlənirdim,Məktəbin tədbirlərindəuşaqların arxasında gizlənirdim.Hamıdan çox qoyunları mən itirirdim,otarmağaaparanda.Atam səndən çoban da olmaz deyirdi..Yaxşı xəttim vardı,anonim məhəbbət məktubları yazırdımqızlara.İndi xatırlayanda ləzzət eləyir..Qoluma bir hind qızının şəklini çəkdirmişdim.Atam bilsə dərimə saman təpərdi.Qurtum-qurtum konyak içərdim xəlvətə salıb,qonaqların artıq-urtuğundan.Hamıya yalan danışardım xoşum gələrdi yalandan..Siqaret kötüklərini yığıbmeşədə ləzzətlə sümürərdim.Atları yalın minərdim,yetənə yetər, yetməyənəbir daş atardım.Anam döyəndə qaçıb samanlıqda yatardım.Bayramda mənimki olardı ən böyük tonqal,ən yekə lopa.Ağlıma gələnlərdən basardım gopa.İlk eşqə düşdüyüm gün də xatirimdədirQrimplin donunun içində itib-batanbir qızıydı.Elə bil ağ saqqızıydı.Gözəlliyi göz qamaşdırırdı,Dünyayla aramızdakı hesabı çaşdırırdıBir dəfə öpmək istədim,dedi qalsın başqa vaxta..Beləcə qapıları taybatay açıb o vaxtdanÜrəyimin içində oturdu şaxta.Hər sevda uzun bir yoldu..Sonra başqa sevdalara düşmə həvəslərim dəoldu.Sərgüzəştlər çoxdur.Sadəcə yazmağa həvəsim yoxdur.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/baharin-gelisine-hamidan-cox/