Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bakı- Təbriz qatarı..

Ayaz Arabaçı

Sən də bir az rəvac ver bu işlərə a, Tanrı,Yola düşsün Bakıdan, Bakı-Təbriz qatarı..Cəsarət ver, ürək ver bizə bu sevda üçün,Zəhməti puç olmasın 50 milyonluq gücün.Çat sal yüz illərdi ki, daşlaşmış səbrimizə,Bu niskillə getməyək , bir daha qəbrimizə.Mühüm qərarını ver, tarixi geri çevir,Əgər lazım gələrsə tərsinə Yeri çevir.Daha bəhrə verməsin,şeytanın çabaları,Xəcalətli qoymayaq ulu şah babaları.Toy çalaq, büsat quraq Təbrizdə, Ərdəbildə,Çox da qoy uzanmasın, 23-üncü ildə.Gün doğsun bir ali gün, bizə bu oyanışdan,Bu xalqın arzuları çıxsın bahara qışdan.Gülsün gül balaların üzü Xoyda, Mərənddə,Quşlar səs-səsə versin, hər bir şəhərdə-kənddə.Quşlar səs-səsə versin doğma ana dilimdə..Bitsin hər bir qəmim də, dərdim də, niskilim də.Gözündə Xəzər qədər qanlı su var bu xalqın,Ürəyində bütövlük arzusu var bu xalqın.Rədd olsun zibilliyə qanlı müqavilələr,Və bu xalqa qurulan neçə-neçə tələlər.Çəkilsin farsın-rusun qara-qanlı əlləri,Qovuşsun o tay-bu tay Azərbaycan elləri.Yayaq gur səsimizi dünyaya, qitə-qitə,Can vrək, nəfəs verək yaranmış şəraitə.Bürüsün hər bir yanı şanlı melodiyalar,Azərbaycan dilində səslənsin radiolar.Bacardıq bu işləri qətiyyətlə biz, desinCənublu bir qardaşım danışır Təbriz, desin..Yox bu yuxu deyil ki, qətiyyətdi, inamdı,Təbriz mənim atamdı, Təbriz mənim anamdı.Bax bu farsın daşıdı, bax bu farsın kəndiri,Azadlıq çörəyinin alovlanır təndiri.Bağırxan at üstədi, Səttarxan at üstədi,Sözüm min-min alçağa, min-min nadürüstədi:İşləməyin əl altdan yağılara-yadlara,Din adıyla yaranmış sarsaq etiqadlara..Xalqımın haqq işinə Tanrı özü də yardı,Günəşə hamilədi qara buludun ardı.Bu gün bax o illərin xəcaləti yuyulur,Azadlığın nəfəsi hər addımda duyulur.Bu coşqu qəlbimizdə dərin bir iz buraxır,Sən hələ Araza bax, necə şövq ilə axır.Çəkilibdi dumanı başı qarlı dağların,Rəngi-ruhu qayıdır çəmənlərin-bağların.Keçir damarımızdan Təbrizin həyəcanı,Bilirik qurban verir oğullar nəyə, canı!Qoy boğsun çaqqalları Azərbaycan pələngi,Uçsun Arazın üstən balamın çərpələngi..Rədd olsun cəhənnəmə ayrılığın illəri..Sönməz içimizdəki ruhun alov dilləri..Qırıb ataq aranı qarışdıran barmağı,Qonsun bir qartal kimi Azərbaycan bayrağı.Qonsun bir qartal kimi Savalana, Səhəndə,Bir gözəl himn yazım bütövləşən Vətəndə.Sən də bir az rəvac ver bu işlərə a, Tanrı,Yola düşsün Bakıdan, Bakı-Təbriz qatarı..Cəsarət ver, ürək ver bizə bu sevda üçün,Zəhməti puç olmasın 50 milyonluq gücün...

Saytda dərc olunub