Şeir · Azərbaycan
Asan gəlib keçmədi, ömrümüzdən ötən il,
Asan gəlib keçmədi, ömrümüzdən ötən il,İldlrımnan, tufannan şimşəknən yadda qaldı.Bahalıq əjdahatək xəlqi saldı cənginə,Adamlar vitrinlərə şişməknən yadda qaldı.
Keçdi boğazımıza hər sözdən bir tilişgi,Əlidə bir macəra, Vəlidə bir ilişgi,Biri işdə ilişdi, biri evdə ilişdi.Hərə bir cür zibilə düşməknən yadda qaldı.
Birisi dövriyyəni, biri alveri eşdi,Birisi goreşəntək tarixi geri eşdi,Əlinə bir şey alıb hərə bir yeri eşdi,Məxləs, hərə bir yeri eşməknən yadda qaldı.
Götürsə də aləmi bir para bayquş səsi,Məni tərk elmədi ürəyimin nəşəsi,Tərcümeyi-halımın xəlvəti bir guşəsi,Üç dörd şirin gözəlnən-qəşəngnən yadda qaldı.
Yer dərdi bol-bol oldu, göy dərdi bol-bol oldu,Min min ağrı yaşadıq göynərti bol-bol oldu,Süfrəmizdə tərəvəz, göyərti bol-bol olduCincilimnən, kələmnən, turşəngnən yadda qaldı.
Yeritdik arzuların bəzisini çəliknən,Uzun yollara çıxdıq, haramxornan, ləliknən,Uğraşdıq hər fəsildə bir neçə xəstəliknən,İl bir az da yorğannan- döşəknən yadda qaldı.
Hamı bir nəfər oldu, bir nəfər hamı olduUlduzumuz-ayımız qələbə şamı oldu,Xankəndində, Şuşada zəfər bayramı oldu,Coşquynan, çərpələngnən, fişəngnən yadda qaldı.
Arabaçı bəsdi, bəs, bu çibanları az, deş,Bir gün yek verən Allah, bir gün də verəcək şeş,Tam da unudulmadı ikiminiyirmi beş,Həm də beş-altı zəvzək eşşəknən yadda qaldı.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/asan-gelib-kecmedi-omrumuzden-oten-il/