1423 poems to discover

Poems

Find a verse that stays with you.

Read the opening lines. Follow the ones that speak to you.

1297–1320 of 1423 poems

  1. gecə səhərə qədər,

    bilirəm nə çəkmisən.. dünən gələ bilmədin, bu gün gələcəkmisən.

    Azərbaycan24 lines

  2. Mən

    üzü dənizə durmuşdum orda.. Sən gəldin yolları ipək addımlarınla

    Azərbaycan19 lines

  3. Gedib bircə dəfə baş çəkəmmədik,

    Orda babaların izi ağlayır.Bizim gözümüzün yaşı qurtarıb,Bulaqlar hələ də bizi ağlayır.

    Azərbaycan32 lines

  4. Adımı qulağına pıçıldamaz küləklər..

    Səsim baxışlarında çiçək-filan bitirməz. Bizi bir də qaldırıb göy üzünə fələklər Adamların gözündən itirdikcə- itirməz.

    Azərbaycan28 lines

  5. Uşaqlıqda

    hərənin İki adı olur, mənim də olub. Mənim hətta üç adım olub. Bir adam üç adam olub.

    Azərbaycan54 lines

  6. Payız kədərinə bürünüb hər yan,

    Ağaclar narıncı qəmə bələnib.Durmuşam sahildə gözləri giryan,Yollarım dənizlə çərçivələnib.

    Azərbaycan20 lines

  7. Səni mənə hər addımda quran var,

    Tələm, səni tikə-tikə olasan. Yollarımı sənə tərəf buran var, Gələm, səni tikə-tikə olasan.

    Azərbaycan20 lines

  8. Təşəkkürlər-

    uzun sürən bu sərxoşluğa, Dodağıma söykədiyim büllur qədəhsən. İlk görüşdən donub qaldım başqa nə deyim..

    Azərbaycan25 lines

  9. Neynirəmsə cansıxıcı həyatda,

    Əhvalımı xoş eləyə bilmirəm. El-aləmi bir-birinə ayaq-baş, Qarışdırıb xaş eləyə bilmirəm.

    Azərbaycan28 lines

  10. Yazda günə, qışda qara baş əydim,

    Tapdı məni hansı yara, baş əydim, Tale verən hər qərara baş əydim, Hər qərarı bir hökmü-zər eylədim.

    Azərbaycan20 lines

  11. köhnə məktubların arasından...

    bu sevdada qanamamış, ürəyimin harası var. məni yaxşı başa düşər,

    Azərbaycan21 lines

  12. Dənizə baş çəkdim,

    gedib bu səhər..Səhər deyəndə ki..yatmışdı şəhər..

    Azərbaycan36 lines

  13. Görüb-görəcəyi ala qarğadı,

    Di gəl ki, bəh-bəhlə durnadan yazır. Düşüb bolluğuna kağız-qələmin, At demir, it demir durmadan yazır..

    Azərbaycan28 lines

  14. Yollardayam,

    İzlərimi tanımayan küçələrdəyəm. Acı soyuq, uzun, qərib gecələrdəyəm.

    Azərbaycan46 lines

  15. Sən yanımda olanda,

    Müşk-ənbər qoxuluyam.. Səndən ayrılan kimi, Acı tər qoxuluyam..

    Azərbaycan4 lines

  16. Boşaldıqca xatirələr sandığı,

    Üzə çıxır gizlədiyi,dandığı, Bir baxışdan alışdığı-yandığı, Köz adamın anasını ağladır.

    Azərbaycan24 lines

  17. Üz-üzə oturmuşuq bir dostun ad günündə,

    Baxışların üstümə işıq yolu göndərir.Dəqiq bilmirəm nə var, sənin çiçək könlündə,Otaqdakı hər şeyi musiqiyə döndərir.

    Azərbaycan24 lines

  18. Bir sönən ocağa kömür atıram,

    Oturub aprelin sərinliyində. Xatirən hələ də məzmun axtarır, Qalmağa,qəlbimin dərinliyində.

    Azərbaycan24 lines

  19. Bacarsanız köhnə ildə buraxın,

    Qaraiqbal,qaradaban şeyləri.. Yavaş-yavaş təmizləyin,çıxardın, Qəlbinizdən donuz- qaban şeyləri.

    Azərbaycan24 lines

  20. Gərək bu gün bir az içəm,

    hərəmizin sağlığına. Dağımızın,düzümüzün, dərəmizin sağlığına.

    Azərbaycan24 lines

  21. Məni göy üzü aparır,

    Səni qara torpaq udur. Başqa şeyi qoy qırağa, Əsas fərq də elə budur...

    Azərbaycan4 lines

  22. Çəkiləsi dərd deyil, yazılası dərd deyil,

    Gəlib salıb üstümə leşini kasıbçılıq.Nə vaxtdı hökm eyləyir aramızda iki zər,"Yek"ini mən atıram, "şeş"ini kasıbçılıq.

    Azərbaycan20 lines

  23. Titrəyir dənizdə qürub günəşinin telləri

    Dalğalar mizrab kimi çırpılır o tellərə. Gəmilərin yorğunluğu uyuyur axşamın nəfəsində...

    Azərbaycan23 lines

  24. Könlümü açmağa kömək eləmir,

    Nə məclis, nə şərab, nə kef, nə məzə. Bu qara günləri bir ağ kəfəndə, Göndərə bilsəydim, gedər-gəlməzə..

    Azərbaycan4 lines