Poem · Azərbaycan
Payız kədərinə bürünüb hər yan,
Payız kədərinə bürünüb hər yan,Ağaclar narıncı qəmə bələnib.Durmuşam sahildə gözləri giryan,Yollarım dənizlə çərçivələnib.
İndi qulağımda o qəmli neydən,Bircə ün yaşayır,bircə səs qalıb.Yüz metr getməmiş düşmüşəm heydən,Könlümdə nə arzu nə həvəs qalıb..
Qızıl şəfəqini yoluma salıb,Açılıb üzümə gümüş pəncərə.Başımı qollarım üstünə alıb,Yayxanıb qalmışam ağ məhəccərə..
Hər payız gələndə dinir qaboyu,Hələ də qəlbimi didən neştərin..Mənim də bir zaman bu sahil boyu,Bitib-tükənməzdi sərgüzəştlərim..
Hərdən az qalıram elə bu payız,Minib bir gəmiyə gözdən itəm mən..Bir gecə qəfildən unutduğum qız,Təkcə xatirədən ibarətəm mən...
Published online
Source: https://ayazarabaci.com/writing/payiz-kederine-burunub-her-yan/