All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Payıza süni nəfəs verir arada günəş,

Ayaz Arabaçı

Payıza süni nəfəs verir arada günəş,Ayaqda güclə duran solğun səhər çağıdır.Adamların dalınca qaçan o tifil uşaq,Bu şəhərin ən ucuz kirli oyuncağıdır..Əgər qəfil büdrəyib dolaşsa ayaqları,Onu heç uf demədən tapdalayıb,əzərlər.Gedirəm ürəyimi deşib keçir ox kimi,Balaca üzündəki yalvarıcı nəzərlər.Hər gün yan-yörəsindən güllə kimisovuşur,Mərhəməti unutmuş ögey və yad baxışlar.Yaralı yaddaşının qanını yuya bilmir,Səhərdən-axşamadək yağan güclüyağışlar..Geyilməkdən bozarmış "bambazı"köynəyindən,Dizinəcən sallanır arıq,uzun qolları.Saqqız kimi çeynəyir cırıq qaloşlarıyla,Bizim eradan əvvəl palçıq basmış yolları..İşıqlandıra bilmir gözündəki zülməti,Dirəklərdən asılmış salxım-salxım fənərlər.Sulandırır ağzını isti lokantalardan,Ahəngdar bir nizamla tüstülənən dönərlər..Qovur hərə bir yana bu yuxulu sərçəni,Sahə inspektoru qışqırır, hiddətlənir..Bizdə qeyrətdən qısır varlı-hallı ağalar,Yetim-yesir payına görə belə ətlənir.

Published online