Poem · Azərbaycan
Payızda kövrəlib doluxsunuram,
Payızda kövrəlib doluxsunuram,Nədənsə bir az da qaralır qanım.Külək saçlarımı qarışdıranda,Sarı yarpaq kimi titrəyir canım.
Gəlir qulağıma sirli bir oxşam,Qıvrılır üfüqdə qızılı bir rəng.Üzünə bənzəyir bu solğun axşam,Şam kimi əriyib sozalır ürək.
Bir qoca dayanıb yolayrıcında,Köhnə tərəzidə təzə vaxt çəkir.Xatirəm eşqinin ayaq ucunda,Ürəyi əlində hər gün ah çəkir.
Payızdı tərpədən bu sarı simi,Qızıl ilan kimi çırpınır hərdən.Ciyərim saralıb bu payız kimi,Bığım da, çəkdiyim tənbəkilərdən.
Eh necə anladım sanki bu payız,İçimdə ulayan bir yalquzaqdır.Qərib durnalarla çıxıb gedən qız.Bilirəm, dönməzsən yolun uzaqdır,
Məni çox kövrəldir payız bu vədə,Bir az külək əsir, bir az da içim.Səni xatırladan köhnə kafedə,Bir azca içmişəm, bir az da içim...
Published online
Source: https://ayazarabaci.com/writing/payizda-kovrelib-doluxsunuram/