Poem · Azərbaycan
Dənizə baş çəkdim,
Dənizə baş çəkdim,gedib bu səhər..Səhər deyəndə ki..yatmışdı şəhər..Saat qanadını gərmişdi beşə.Bir az dəniz idim,bir az da meşə.Könlümdə,ruhumda elə bir an ki..Çıxıb nağıllardan gəlmişdim sanki.Başımın üstündəbulud karvanı..Quşlar dimdikləyib sökürdü danı..Güllərin üstündə şeh oynayırdı,Saçımda bir ilıq meh oynayırdı.Baş vurdum dənizə,dərindən-dərin..Baş vurdum gördüm ki,hər tərəf,hər yan,Şərəf lövhəsidir xatirələrin..Yox dəli deyildim,Tamamən başımda ağlım cəm idi.Sükut və qaranlıq möhtəşəm idi.Dəniz quş südündənşərab dadırdı..Qayalar uzaqdan yunu tökülmüşqoca qoyunlarıxatırladırdı..Bir gəmi kişnədi köhlən at kimi,Hardasa min ağac uzaq limanda.Yadıma sən düşdün elə o anda..Bütün illərimi yuyub apardı,Dəniz..Qumlardan özümə bir evcik oydum..Sonra yuxum gəldi,dənizi çəkib,Yastıqtək başımın altına qoydum.Ulduzlar yox oldu sonuncu qatda..Sonra günəş çıxdı qızılı atda...
Published online
Source: https://ayazarabaci.com/writing/denize-bas-cekdim/