All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Gərək bu gün bir az içəm,

Ayaz Arabaçı

Gərək bu gün bir az içəm, hərəmizin sağlığına. Dağımızın,düzümüzün, dərəmizin sağlığına. Yavaş-yavaş çıxıb gedir menyümüzün arxivinə, Marqarinə məğlub olan, kərəmizin sağlığına.. Bizdən başqa hamı dadan, bizdən başqa hamı yeyən, Kürümüzün sağlığına, nərəmizin sağlığına.. Yanıq çıxıb ağzımızda, Sözümüzün soğançası. Çənlibeldə susub qalan, Nərəmizin sağlığına.. Neynim axı bu dünyada hamı igid doğulmur ha. Evdə xoruz,çöldə toyuq- fərəmizin sağlığına.. Sevgimizin arasında divar hörüb dayanmışıq, Keçilməyən bəndimizin- bərəmizin sağlığına.

Published online