Poem · Azərbaycan
Get-gedə daha çox metastaz verir,
Get-gedə daha çox metastaz verir, Yar da,o sevdanı,bağrınnan,çıxart.. Çıxarda bilməzsən ağrını cannan, Çalışıb canını ağrınnan, çıxart..
Qorxma, ömürlükdü məncə çətini, Sınadım üstümdə əlamətini, Dünyanın ən dadlı səadətini, Adımı qoyduğun oğlunnan çıxart..
Sönsün ulduzları ağ almazın, qoy, Səndən bal istəyib, yağ almasın qoy, Aylarla, illərlə sağalmasın qoy, Aç da mən yaranı, sarğınnan çıxart.
Qayıtmaz o eşqin xan duruşları. Bu da son ümidin son quruşları.. Sinəndə üşüyən qaranquşları, Bahardan- bahara sağlıqnan çıxart..
Boş ver o xəyala dalmalarını.. Əfv etdim ömrümdən çalmalarını, Get daha, get daha almalarını, Başqa adamların nağlınnan çıxart..
Olmur ey,sonacan yollar qət olmur.. Olmur neyləsən də ey afət, olmur... Həyatda o cürə səadət olmur.. Gördüyün yuxunu ağlından çıxart..
Published online
Source: https://ayazarabaci.com/writing/get-gede-daha-cox-metastaz-verir/