Poem · Azərbaycan
Get öz işığını əsirgə burdan,
Get öz işığını əsirgə burdan, Qoy bütün küçələr dumana batsın. Eşqin ömrümüzə səpdiyi nurdan, Nə mənə yetişsin, nə sənə çatsın.
Yağış səslənməsin damların üstə, Buludlar ağlayıb içinə axsın. Hikkən, hirsin kimi durmasın qəsdə, Külək pəncərəmi rahat buraxsın.
Bu bahar günündə dön buza çıx get, Sükuta bürünsün sözüm, nəfəsim. Nə bilim, ən uzaq ulduza çıx get, Çatmasın dalınca harayım- səsim.
Dolub dayanmayım hey səni anıb, Nə də sözlərini içim su kimi. Acı xatirənin içində yanıb, Susum bir siqaret tüstüsü kimi.
Şamtək əriməyim dərddən-fikirdən, Yazımla-pozumla qatım başımı. Və işdi rastlaşsaq, nə vaxtsa birdən. Sən özünü unut, mən yaddaşımı.
Published online
Source: https://ayazarabaci.com/writing/get-oz-isigini-esirge-burdan/