All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Getdim,

Ayaz Arabaçı

Getdim, geri dönəcəyim bəlli deyildi. Son dəfə necə baxarlarsa eləcə boylandım qaldığım otağın pəncərəsindən. Və uddum bir az çöldə şütüyən maşınların səsindən. Sonra dörd bir yanda qaynaşan adamlara baxdım. Beş dəqiqə içərisində əridi iki saatlıq vaxtım. Vurnuxdum, bir papiros yandırmaq keçdi könlümdən. Yan tərəfdə yaraşıqlı bir tibb bacısı heç nəyi düşünmədən danışırdı ölümdən. Elə bil ki, hansısa gizli bir əl mənə daddırırdı bu gerçəyi. Qüssə və kədər qoxuluydu yoxluğun mənfur çiçəyi. Mənə elə gəldi ki, bir anlıq divarlar uğultudan əsdi. Gözlərim qamaşdı Gördüm ki, idırımabənzər bir şey yolumdakı boşluğu kəsdi. Bilmirdim taleyin niyyətini, Hər şey itirmişdi əhəmiyyətini. Bəlkə də yuxuydu, bənövşəyi bir yuxu, yorğun bir dadı vardı. Bir stəkan su verdilər içdim,suyun qanadı vardı. Telefonumu söndürdüm,həyəcanımı basdırdım. gözə almışdım hər şeyi. Təyyarə yolçuluğu kimiydi yolçuluğum, üzü göylərə. Getdim, geri dönəcəyim bəlli deyildi.. Silindi nə varsa birdən-birə yaddaşımdan, Ağappaq kölgələr keçdi qarşımdan. Biri yavaşca - Burdasanmı dedi , bilmirəm dedim.

Published online