Poem · Azərbaycan
Bacarsanız köhnə ildə buraxın,
Bacarsanız köhnə ildə buraxın, Qaraiqbal,qaradaban şeyləri.. Yavaş-yavaş təmizləyin,çıxardın, Qəlbinizdən donuz- qaban şeyləri.
Bir şey qalsın üzünüzə tutalqa.. Görmürsüzmü çox daralıb bu halqa, Yedirtməyn bəh-bəh ilə bu xalqa, Ona uzaq,ona yaban şeyləri..
Tək qoysanız Tanrı gəlməz kara,tək.. Çətin gündə yapışmağa var ətək, Daşımayın yuvanıza farətək, Əlinizi əyri yapan şeyləri..
Pir yerində dayanıbdı pir elə.. Nə ad qoysan kir qalacaq kir elə, Ay yazıqlar, neynirsiniz bir elə, Ömrünüzü çalıb-çapan şeyləri..
Bu taleyi yaşamırıq məzəyə, Təzəkdi,də nə gül vuraq təzəyə, Əntiq deyib çevirməyin bəzəyə, Əlinizdə çox, itqapan şeyləri..
Təkbaşına yığışdıra bilmirəm, Dərdi-qəmi sıxışdıra bilmirəm.. Adımıza sığışdıra bilmirəm, Mən bu qədər saçma-sapan şeyləri..
Published online
Source: https://ayazarabaci.com/writing/bacarsaniz-kohne-ilde-buraxin/