All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Mən

Ayaz Arabaçı

Mən üzü dənizə durmuşdum orda.. Sən gəldin yolları ipək addımlarınla sığallaya-sığallaya, baxıb getdin.. Mən yenə durmuşdum üzü dənizə, Sən bir gün yenə gəldin Səhra günəşi kimi hər yeri yaxıb getdin. Burnumun ucu göynədi dalınca.. Mən bir az şəhərin üstüylə uçdum, ürəyimin qanadlarını taxıb getdin. Sən bir gün yenə gəldin, Mən yenə durmuşdum üzü dənizə.. Hamı baxırdı bizə. Əllərin qar kimi əridi əllərimdə, axıb getdin...

Published online