Poem · Azərbaycan
Gedib bircə dəfə baş çəkəmmədik,
Gedib bircə dəfə baş çəkəmmədik,Orda babaların izi ağlayır.Bizim gözümüzün yaşı qurtarıb,Bulaqlar hələ də bizi ağlayır.
Yayın, bir yanıqlı kaman səsində,Səsimi dünyanın hər qitəsində,Vətənin yaralı xəritəsində,Anamın qırışmış üzü ağlayır.
Ayrılıb dağlardan dağların yolu,Qopub nə müddətdi sağından solu,Şahdağın kəsilib atılmış qolu,Bozdağın qırılmış dizi ağlayır.
Dərdim ağır gələr,"bu daş,bu çəki",Bircə bu buludlar yox olsun təki..Kəlbəcər deyəndə Gədəbəydəki,Bütün ocaqların közü ağlayır..
Qarışıb dilimdə acı,həm şirin,Verib bir yuxuya bizi qəm-şirin,Dağların başında Dədə Şəmşirin,Sazına qoşulub,sözü ağlayır.
Bir də köç dönərmi qərib ellərə,Dən düşüb saçında qıvrım tellərə,Dəlidağ saçını sərib yellərə,Dərəsi-təpəsi,düzü ağlayır.
Bəllidi ünvanı ahu-zarımın,Dəymə simlərinə könül tarımın,Bu gün Kəlbəcərsiz yaralarımın,Deşilib on yerdən gözü ağlayır.
Yetimdi hər qaya,yetimdi hər daş,Oxu bu şerimi misrası yaş-yaş,Tək mən ağlamıram,bu dərdə,qardaş,Qələmin,kağızın özü ağlayır..
Published online
Source: https://ayazarabaci.com/writing/gedib-birce-defe-bas-cekemmedik/