Kəşf etmək üçün 1423 şeir
Şeirlər
Yaddaşınızda qalacaq bir misra tapın.
İlk misraları oxuyun. Sizə yaxın olan şeirləri kəşf edin.
1423 şeir: 1297–1320
gecə səhərə qədər,
bilirəm nə çəkmisən.. dünən gələ bilmədin, bu gün gələcəkmisən.
Mən
üzü dənizə durmuşdum orda.. Sən gəldin yolları ipək addımlarınla
Gedib bircə dəfə baş çəkəmmədik,
Orda babaların izi ağlayır.Bizim gözümüzün yaşı qurtarıb,Bulaqlar hələ də bizi ağlayır.
Adımı qulağına pıçıldamaz küləklər..
Səsim baxışlarında çiçək-filan bitirməz. Bizi bir də qaldırıb göy üzünə fələklər Adamların gözündən itirdikcə- itirməz.
Uşaqlıqda
hərənin İki adı olur, mənim də olub. Mənim hətta üç adım olub. Bir adam üç adam olub.
Payız kədərinə bürünüb hər yan,
Ağaclar narıncı qəmə bələnib.Durmuşam sahildə gözləri giryan,Yollarım dənizlə çərçivələnib.
Səni mənə hər addımda quran var,
Tələm, səni tikə-tikə olasan. Yollarımı sənə tərəf buran var, Gələm, səni tikə-tikə olasan.
Təşəkkürlər-
uzun sürən bu sərxoşluğa, Dodağıma söykədiyim büllur qədəhsən. İlk görüşdən donub qaldım başqa nə deyim..
Neynirəmsə cansıxıcı həyatda,
Əhvalımı xoş eləyə bilmirəm. El-aləmi bir-birinə ayaq-baş, Qarışdırıb xaş eləyə bilmirəm.
Yazda günə, qışda qara baş əydim,
Tapdı məni hansı yara, baş əydim, Tale verən hər qərara baş əydim, Hər qərarı bir hökmü-zər eylədim.
köhnə məktubların arasından...
bu sevdada qanamamış, ürəyimin harası var. məni yaxşı başa düşər,
Dənizə baş çəkdim,
gedib bu səhər..Səhər deyəndə ki..yatmışdı şəhər..
Görüb-görəcəyi ala qarğadı,
Di gəl ki, bəh-bəhlə durnadan yazır. Düşüb bolluğuna kağız-qələmin, At demir, it demir durmadan yazır..
Yollardayam,
İzlərimi tanımayan küçələrdəyəm. Acı soyuq, uzun, qərib gecələrdəyəm.
Sən yanımda olanda,
Müşk-ənbər qoxuluyam.. Səndən ayrılan kimi, Acı tər qoxuluyam..
Boşaldıqca xatirələr sandığı,
Üzə çıxır gizlədiyi,dandığı, Bir baxışdan alışdığı-yandığı, Köz adamın anasını ağladır.
Üz-üzə oturmuşuq bir dostun ad günündə,
Baxışların üstümə işıq yolu göndərir.Dəqiq bilmirəm nə var, sənin çiçək könlündə,Otaqdakı hər şeyi musiqiyə döndərir.
Bir sönən ocağa kömür atıram,
Oturub aprelin sərinliyində. Xatirən hələ də məzmun axtarır, Qalmağa,qəlbimin dərinliyində.
Bacarsanız köhnə ildə buraxın,
Qaraiqbal,qaradaban şeyləri.. Yavaş-yavaş təmizləyin,çıxardın, Qəlbinizdən donuz- qaban şeyləri.
Gərək bu gün bir az içəm,
hərəmizin sağlığına. Dağımızın,düzümüzün, dərəmizin sağlığına.
Məni göy üzü aparır,
Səni qara torpaq udur. Başqa şeyi qoy qırağa, Əsas fərq də elə budur...
Çəkiləsi dərd deyil, yazılası dərd deyil,
Gəlib salıb üstümə leşini kasıbçılıq.Nə vaxtdı hökm eyləyir aramızda iki zər,"Yek"ini mən atıram, "şeş"ini kasıbçılıq.
Titrəyir dənizdə qürub günəşinin telləri
Dalğalar mizrab kimi çırpılır o tellərə. Gəmilərin yorğunluğu uyuyur axşamın nəfəsində...
Könlümü açmağa kömək eləmir,
Nə məclis, nə şərab, nə kef, nə məzə. Bu qara günləri bir ağ kəfəndə, Göndərə bilsəydim, gedər-gəlməzə..
Başqa bir başlanğıc
Şeir tapılmadı.
Daha qısa ifadə yazın və ya filtri silin.
Axtarış müvəqqəti əlçatan deyil. Aşağıdakı şeirlərə baxa bilərsiniz.
Bu brauzerdə saxlanılır. Hesaba ehtiyac yoxdur.