Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Görüb-görəcəyi ala qarğadı,

Ayaz Arabaçı

Görüb-görəcəyi ala qarğadı, Di gəl ki, bəh-bəhlə durnadan yazır. Düşüb bolluğuna kağız-qələmin, At demir, it demir durmadan yazır..

Öndə çolağımız-çaşımız gedib, Gözləyə-gözləyə yaşımız gedib, Beynimiz çürüyüb, başımız gedib, Bu zalım hələ də zurnadan yazır.

İtidi tamahı, itidi dişi, Utanıb-qızarmır o boyda kişi, Vurub dağıtmaqdı həyatda işi, Amma ki, tikmədən-qurmadan yazır.

İçi bir ağrıdan qana bələnmir, Adam ələnmir ki, heç cür ələnmir, İkinin üstünə iki gələmmir, Bölmədən danışır, vurmadan yazır.

Alsa da xüsusi yerlərə dəvət, Yoxdu fındıq boyda çəkisi fəqət.. Bir gün bir iş tutub arvaddan xəlvət, Yüz ildi telləri burmadan yazır.

Sallanıb göbəyi,ennənib dalı, Gəlir əlli yerdən tabaqda, yalı, Zibilə döndərib şəkəri-balı, İndi də kişmişdən, xurmadan yazır..

Silinmir acının-ağrının izi, Təcrübə dovşanı ediblər bizi.. İlahi nə üçün taleyimizi, Oturub hər yerdə bir nadan yazır.

Saytda dərc olunub