Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

köhnə məktubların arasından...

Ayaz Arabaçı

köhnə məktubların arasından...

bu sevdada qanamamış, ürəyimin harası var. məni yaxşı başa düşər, kimdə hicran yarası var.

öldüm ümid bağlamaqdan.. bezmədinmi dağlamaqdan, gözlərimin ağlamaqdan, nə ağı,nə qarası var..

gəl su kimi,hava kimi, dərman kimi-dəva kimi, sənə isti yuva kimi, qollarımın arası var..

ağır dursun,ağır gəzsin, azca coşsun,azca əssin, atana de,qiymət kəssin, bizdə başlıq parası var.

dəmir əsa,dəmir çarıq.. yollara diş qıcırdarıq.. verməsələr qaçırdarıq, hər dərdin bir çarası var.

Saytda dərc olunub