Şeir · Azərbaycan
Üz-üzə oturmuşuq bir dostun ad günündə,
Üz-üzə oturmuşuq bir dostun ad günündə,Baxışların üstümə işıq yolu göndərir.Dəqiq bilmirəm nə var, sənin çiçək könlündə,Otaqdakı hər şeyi musiqiyə döndərir.
Xatırlaya bilmirəm tanış gəlsə də adın,Neçə dəfə yarmışam yaddaşımın bətnini.Bəlkə də heç yazmadım, bəlkə də heç almadın,Düşünürəm səhərdən bir məktubun mətnini..
Gedirəm ağır-ağır uzun bir trafiklə,Amma boşdu səninçün ürəyimin səkisi..Düşünürəm, nə yazım ciddi bir qrafiklə,Artıq-əskik gəlməsin sözlərimin çəkisi.
Ağlım çıxıbdı başdan, ruhum çıxıbdı candan,Nə bu qədər hay-küyü, nə səsi eşidirəm.Odlu baxışlarımdan yaranan həyəcandan,Kəsik-kəsik aldığın nəfəsi eşidirəm.
Özümü bu ləzzətli yuxuya inandırıb,Toplayıram fikrimi dağdan, düzdən, dərədən.Çox diqqət çəkməməkçün bir siqaret yandırıb,Bayıra boylanıram gümüşü pəncərədən.
Gözümə işıq gəlib üzündəki işıqdan,Əlimdən buraxmışam hisslərin cilovunu.Fərqim yoxdu bu saat utancaq bir uşaqdan,Necə atım bilmirəm, qəlbimin tilovunu.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/uz-uze-oturmusuq-bir-dostun-ad-gununde/