Kəşf etmək üçün 1423 şeir
Şeirlər
Yaddaşınızda qalacaq bir misra tapın.
İlk misraları oxuyun. Sizə yaxın olan şeirləri kəşf edin.
1423 şeir: 1273–1296
Sındırıbdı yürəgimin şişəsin,
Hara çalım qəzəbimin tişəsin.. Ələmqulu pivə içib işəsin, Tvit yazan barmağına "ağa"mın..
O hər gün məktub yazır,
Əsgər sevgilisinə.Bilir cəbhə soyuqdu,Bəlkə canı isinə..
"Bir"mi böyükdü "min"mi
Sorsam "min" deyəcəksən. Fərqində deyilmisən, rəqəmin, deyəcəksən.
Bahar ömrümüzü nə qışlar yeyir,
Küləklər sovurur, yağışlar yeyir, Bilirəm kim necə qarğışlar yeyir, Bilirəm kim necə ahlar qazanır..
sevgi varsa,arada,
qeylü-qal olmalıdır. bu dərdə tutulanlar, əhli-hal olmalıdır.
Çaylar kimi açmamışam
Qucağımı min bulağa, İllər boyu hisslərimin Qabağına şərt çəkmişəm..
İçində "gəl" olsun,elə "yox" de ki,
Kəsməsin yolumu qadağa kimi, Mənə bir balaca ümid yeri qoy, Süründür bu dağdan o dağa kimi.
Nə üzü zülmətə gedib qurtarır,
Nə üzü nuradı, mənim taleyim. Nə bir zəfərədi,qələbəyədi, Nə bir uğuradı mənim taleyim..
Hələ "çəkic"lərdə ilişib qalıb,
Çoxu "oraq"lardan o yana keçmir. Millət ağ günlərin arzusundadı, O da soraqlardan o yana keçmir..
Mənə xəbər yolla, gələsi olsan,
Gününü, vaxtını-saatını yaz. Qıymıram sözünü başından çıxart, Bu vəfa borcudur, gəlməsəm olmaz.
İstixar etsəm oturub, nəhs gələr,
Çox çox uzaqlardan itən səs, gələr, Bircə nəzər zəlzələmə bəs gələr, Bir baxışa ruhumu sarsandasan.
Dünən bir yas yerinə dəydim.
bir xəstəyə baş çəkdim. Çap olunmayacağımı bilə-bilə bir sürü şeir verdim qəzetlərə.
Sənin kimi can almağa nə var ki,
Canı bizdə "pişəpiş"nən alırlar. Yavaş-yavaş oğurlayıb ağlını, Bir sığalnan, bir öpüşnən alırlar.
BU ŞƏHİD ANASI NİYƏ DİLƏNİR...
Göyün nəyi var ki,nə versin ona,Yalvarıb əl açır göyə, dilənir,İnsanlıq-adamlıq dirənib sona.
Bu gün səhər bir gözəl,
Pəri dostluq göndərib. "Bismillah" eləməmiş, Əri dostluq göndərib)
Qara xəbərlərin ünvanı olub,
Millətin yasına dönüb Qarabağ. Vətənmi, qürbətmi, ayırmaq olmur, Bilmirəm hansına dönüb Qarabağ.
Mənə bir az vaxt ayır,
Bir saat,para saat. Nə bir bəhanə gətir, Nə də günü-günə sat.
Qorxulu yuxulardan
dodağım uçuqlanar,Əllərin qəhvərəngi ovcumda muncuqlanar,Ömrüm hansı baharda səndə tumurcuqlanar,
Telefonda hər gecə anadiləm, bilirsən,
Ürəyimi yolunda qanadıram, bilirsən, Dişimlə-dırnağımla can atıram, bilirsən, Sənə olan bu istək, sənə olan bu meyil,
Həyat biz istəyəntək çox da humanist deyil,
Yaşanan hər səadət,bir gün dönüb qəm olur.Heç belə götürəndə dərd özü də pis deyil,Özüylə tək qalanda adama həmdəm olur..
Bayram eləyiblər mən doğulanda,
Zurna gətiriblər, dəf gətiriblər. Bərəkətli olub bağlar-bağatlar, O il əməllicə nəf gətiriblər.
gözlərində
darıxdırıcı bir boşluq..ürəyində çarəsiz bir yorğunluq.dilində bulanıq sözlər.
sayəndə,qarışıb yenə də,
sağ ol, məndə duyğuların,hisslərin seti.
Heç bir şey,
heç bir şey vecimə deyil.. Kim harda yer əkir şitil basdırır, Kim-kimin altına fitil basdırır..
Başqa bir başlanğıc
Şeir tapılmadı.
Daha qısa ifadə yazın və ya filtri silin.
Axtarış müvəqqəti əlçatan deyil. Aşağıdakı şeirlərə baxa bilərsiniz.
Bu brauzerdə saxlanılır. Hesaba ehtiyac yoxdur.