Şeir · Azərbaycan
gözlərində
gözlərindədarıxdırıcı bir boşluq..ürəyində çarəsiz bir yorğunluq.dilində bulanıq sözlər.İçində təkbaşına gedəcəyin yol.xatirəndə ilk dəfə qarşılaşdığın an.dodağında qəbir soyuqluğunda can.pəncərəndən uzaqda yastı daxmalar..toz basmış ulduzlar.baxışlarına duman çökmüş Ay.bircə udum hava,bircə udum çay.sarılacaq-tutunacaq bir dirək.ümidin-sadəcə bir qaraltı,isticə bir nəfəs..ayaqlarının ucunda yeriyən bir səs..bir də ömür boyu sürəcəkqəfil göz-gözə gəlmə..qulaqlarını yalayan beş-altı odlu kəlmə.sonra gözdən itən zavallı biri.ağlatma özünü...nə olur kiri!
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/gozlerinde/