Şeir · Azərbaycan
Gözlərində bahar eşqi qalmayıb,
Gözlərində bahar eşqi qalmayıb, Nə göylərlə,nə quşlarla baxırsan. Yuxu kimi ötüb keçən günlərə, Ağır-ağır yoxuşlarla baxırsan..
Ağrı kimi asılmışam yaxanda.. Qönçələnir göz yaşların axanda.. Divardakı güzgülərə baxanda, Allah bilir nə qışlarla baxırsan..
Zülfün düşməz mürgüləyib qollara, Qapın-bacan qucaq açıb kollara, İllər boyu gəlmədiyim yollara, Boz dumanlı naxışlarla baxırsan..
Nə sızlayır ruhumdakı tifil..nə.?. Çeşni tutmaz o nəm çəkmiş kif ilmə.. Ömrün boyu içindəki o filmə.. Gözündəki yağışlarla baxırsan..
Arzulasan nəfəsimi nəsimdən, Ürəyinə işıq düşməz səsimdən, Cibimdəki gülər üzlü rəsmdən, İndi küskün baxışlarla baxırsan..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/gozlerinde-bahar-esqi-qalmayib/