Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

"Bir"mi böyükdü "min"mi

Ayaz Arabaçı

"Bir"mi böyükdü "min"mi Sorsam "min" deyəcəksən. Fərqində deyilmisən, rəqəmin, deyəcəksən. Mən isə mərcə girib, Bir böyükdür deyəcəm. "Bir"böyük bir tirdisə,"min" , bir tükdür deyəcəm. İnanmırsan eləmi, bax bu da sənə sübut, Bacarırsan qabaqkı sözünü bir daha tut- Mindəfəlik getmişəm, Əlini yelləmisən.. Birdəfəlik gedirəm demişəm zarafatla, Sübhəcən dayanmadan gözündən selləmisən.

Saytda dərc olunub