Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Heç bir şey,

Ayaz Arabaçı

Heç bir şey, heç bir şey vecimə deyil.. Kim harda yer əkir şitil basdırır, Kim-kimin altına fitil basdırır.. Heç bir şey,heç bir şey vecimə deyil.. Kim barıt çəlləyi,qan çanağıdı, Kum-kimin itinin bacanağıdı. Kim-kimin dalının mancanağıdı.. O hasar o barı vecimə deyil, O donuz,o darı vecimə deyil.. Daha bu torpağın,bu məmləkətin, Zəlili,kübarı vecimə deyil, Lap elə gözümdən nöyüt çıxartsın- İçimin qübarı vecimə deyil. Mənim nə vecimə, nə vecimə ki, Kim- kimin gözünün odunu alır, Kim-kimin səsinin xodunu alır.. Kimin qazancını,kimin haqqını, Kimin eşşəyinin qoduğu alır.. Yox,əsla,inan ki,vecimə deyil, Kimin dəvəsinə qanad verirlər, Kimin eşşəyinə mandat verirlər... O alçaq adamlar vecimə deyil- O "bəstə" adamlar vecimə deyil. Bu "xəstə" adamlar vecimə deyil.. Bu dəstə adamlar vecimə deyil. Zarıncı adamlar vecimə deyil, Şikəstə adamlar vecimə deyi. Nə o quş, nə o dən vecimə deyil.. Nə bu ruh,nə bədən vecimə deyil.. Qətiyyən,qətiyyən vecimə deyil- Dünyanı nə üçün qaramat alıb, Kimin ürəyini harda çat alıb.. Kim-kimi satmaqnan mükafat alıb Kim-kimə mat verib,kimdən mat alıb, Fəxri təqaüdü hansı at alıb. Moskva,Nyu-York,Praqa,Paris, Aşqabad,Düşənbə vecimə deyil. Bu cümə,bu şənbə vecimə deyil, Papağı qaragül, namusu vilyur, Qeyrəti müşəmbə vecimə deyil.. Heç bir şey,heç bir şey vecimə deyil, Kimin qoltuğuna qarpız verirlər, Kimin ilanına yarpız verirlər. Kimdən nə tapalar,vecimə deyil, Kimdən nə bulalar vecimə deyil.. Nə o tox görünən qapı itləri, Nə o ac tulalar vecimə deyil, Udduqca,yedikcə gözü doymayan, Kitlər, akulalar vecimə deyil. Nəyimə lazımdı, nəyimə axı, Kimin gəmisi var, kimin uçağı, Kimin otelidi kimin qucağı.. Harda yağış yağır,harda qar düşür, Kimin kilidinə hər açar düşür.. Nəyimə gərəkdir,cəhənnəm olsun- Bu ala qarğalar niyə çoxalıb, Allahsız,darğalar niyə çoxalıb.. Mənə gərəkdimi və bir də indi.. Kim rahat uyumur qəbirdə indi.. Heç bir şey,heç bir şey vecimə deyil.. Kim kmi nə üçün infaz elədi, Kim neçə oğraşlıq ifraz elədi.. Kimin kişiliy iflas elədi..

Saytda dərc olunub