Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Səni mənə hər addımda quran var,

Ayaz Arabaçı

Səni mənə hər addımda quran var, Tələm, səni tikə-tikə olasan. Yollarımı sənə tərəf buran var, Gələm, səni tikə-tikə olasan.

Çörək kəsdim-duzu tutdum coşmadın, Qurban dedim, quzu tutdum coşmadın, Nəzir qoydum, arzu tutdum, coşmadın, Ələm, səni tikə-tikə olasan.

Yox bu eşqin səmasında ay izi, Unutmaqdı ona görə caizi, Üst-üstədi həsrətimin faizi, Sələm, səni tikə-tikə olasan.

Ağrı dağın ətəyində qalmışam, Bir ovçunun tətiyində qalmışam, Ərzurumun gədiyində qalmışam, Lələm,səni tikə-tikə olasan.

Adım düşüb min-min dilə ağıza, Nədən belə küs düşmüsən kağıza, Niyə heç nə yazmayırsan o qıza, Qələm, səni tikə-tikə olasan..

Saytda dərc olunub