Şeir · Azərbaycan
Səni mənim taleyimə,
Səni mənim taleyimə, Minbir arzu, dilək deyib. Bir sənədə imza atıb- Bir yuvada gülək, deyib.
Niyə belə turşalısan? . Həsrətimin yun şalısan, Əvvəl-axır yumşalısan, Nə durmusan fələk deyib.
Çox yaraşır şal donuna, Mavi drap baldonuna, Könlüm baxıb al donuna, Tutur səni bu rəng deyib.
Qurbanıyam acı lafın, Çatır sənə ucu, lafın Sinəmdəki bu əclafın, Adına kimsə ürək deyib.
Sən çərpəlng, mən ip, gedək, Susub gedək, dinib gedək.. Qanadına minib gedək, Bu günə güclü külək deyib.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/seni-menim-taleyime/