1423 poems to discover

Poems

Find a verse that stays with you.

Read the opening lines. Follow the ones that speak to you.

313–336 of 1423 poems

  1. Yəqin ki,düzələr, bu qədər olmaz..

    İnsafa gələrlər..xəyal qururam. Nə bilim inamdı, ya nədi, bir az, Axmaq arzularla yatıb-dururam.

    Azərbaycan28 lines

  2. ƏLİ KƏRİMƏ

    Əli Kərim, sən dursaydın, yaşasaydın, dost olardıq, qardaş olardıq, Oturub şerlərini içirəm,

    Azərbaycan27 lines

  3. Nə fikrə getmisən soruşdu, qoca,

    -Oturmaq olarmı, -Əyləşin dedim. Hər yerə getmişəm, nə bilim baba,

    Azərbaycan27 lines

  4. Mən daha çoxundan halıyam, halı,

    Zəhərə döndərir gül kimi balı, Bilinmir sözünün qabağı dalı, Hər sözü zıqqına-zıqqına yazır.

    Azərbaycan28 lines

  5. Düşüb ortalığa naşı ustalar,

    Baltama, rəndəmə, malama dəyir.. Bu həyat heç kimi sığortalamır.. Hərəyə bir cürə yalama dəyir.

    Azərbaycan24 lines

  6. Sizin şəhərdə payızdı-

    Meh əsir, yarpaqlar tökülür, dodaqlarından axıb gedən gülüşlər kimi.

    Azərbaycan40 lines

  7. Gəl bu gözəl anları yadda qalan eləyək,

    Dünən nə yaşanıbsa, bu gün yalan eləyək.Gözümüzdən oxunan sirləri gizlətməyək,İkimizin filmini heç kimə izlətməyək.

    Azərbaycan31 lines

  8. Mən gecəm deyəndə səni deyirdim -

    Gündüzüm deyəndə səni deyirdim. Göz nədi, lüğətdə adicə sözdü, Mən gözüm deyəndə səni deyirdim.

    Azərbaycan20 lines

  9. Çatdı ömrün payızı yadə duman,çən düşdü.

    Gör gəlib harda mənə bilmədiyim fənn düşdü.Həyatın qat-qarışıq sorğularından bezdim,Elə tez qəlbimə xal,saçlarıma dən düşdü..

    Azərbaycan20 lines

  10. Sünbül saçlarına çağır əlimi,

    Vəl elə, vəl elə, vəl elə gəlim. Eşqimi sinəndə gövhərə çevir, Ləl elə, ləl elə, ləl elə gəlim.

    Azərbaycan12 lines

  11. Başımda dəlləklik öyrənənlərin,

    Cibindən əzrayıl qayçısı çıxır.. Min herslik fəryadım haqqa ulaşmır, Səsimə Torqovı çayçısı çıxır.

    Azərbaycan24 lines

  12. Ən gözəl hisslərdən etmişəm nübar,

    Özüm ağayana, sözlərim kübar,Yəhərli-yüyənli şairlər ki, var,Mənim ayağımın tozu da deyil..

    Azərbaycan4 lines

  13. Mən bilən bu sözü sonda yazarlar.

    Bir səbəb olarsa onda yazarlar.. Sən vida sözünü başda yazmışdın Əlvida sözünü başda yazmışdın...

    Azərbaycan45 lines

  14. Əlimi hara atsam, sən çıxırsan qarşıma.

    Ətir kimi hopmusan elə bil üst-başıma. Varsan ömür- günümü nizamlayan düzgüdə. Ya

    Azərbaycan35 lines

  15. Mənə qədər yox idin ki..

    Səni yoxdan-vara çəkdim. Bir bəxtəvər gün yaşadım, Ağrı gördüm,yara çəkdim..

    Azərbaycan20 lines

  16. bir qurşun sıxmaq istəyirəm,

    bütün üfunət qoxuyan ağızlara. bir qurşun sıxmaq istəyirəm içində hüquqlarımız yazılan

    Azərbaycan31 lines

  17. qar kimi əriyir içində inam,

    yemir bu dünyanı gözlərin daha.. sənə nə xeyri var lənətə gəlmiş, köhnə,qarsalanmış sözlərin daha..

    Azərbaycan24 lines

  18. Çör nə gözəl itilənib,

    Dişimiz dar ağacına. İndən belə çox düşəcək, İşimiz dar ağacına.

    Azərbaycan22 lines

  19. Bu işlər necəsə qəfildən oldu..

    Lap elə qəfildən-qəfil,bir cümə. Ondan bir gün qabaq qoroskopumda, Bir şeylər çıxmışdı ölü bürcümə.

    Azərbaycan33 lines

  20. Aradabir qaldırıb baxıram o cədvələ.

    Kim vardan şair olmuş, kim yoxdan şair olmuş. Eləsi var bulaqdı, eləsi var nəhrdi, Hətta eləsi də var sasokdan şair olmuş.

    Azərbaycan28 lines

  21. Həyat yaman ucuz olub,

    Qanıq olub,quduz olub, Bu gecə bir ulduz olub, Axıb getmək istəyirəm.

    Azərbaycan20 lines

  22. Öz içimdə batıb gedən harayam,

    40 otaqlı, çilçıraqlı sarayam, Ağamsa, ağ, qarayamsa, qarayam, Bilən bilir, bircə rəngli şairəm..

    Azərbaycan20 lines

  23. Böyüyürdü get-gedə içimdəki genişlik,

    Gözümdə min-min işıq,min-min rəng sayrışırdı. Baxışları hər dəfə üzümə zillənəndə, Dilim topuq vururdu,ağlım-huşum çaşırdı.

    Azərbaycan45 lines

  24. Yorulmuşdu

    sərxoş damarlarıma qan daşımaqdan.. Ürəyim çıxmaq istəyirdi tətilə..

    Azərbaycan31 lines