Poem · Azərbaycan
Həyat yaman ucuz olub,
Həyat yaman ucuz olub, Qanıq olub,quduz olub, Bu gecə bir ulduz olub, Axıb getmək istəyirəm.
Düşünmürəm əlac haqda, Nə baş haqda,nə tac haqda, İkimizi bir ocaqda, Yaxıb getmək istəyirəm.
Dağılmışam min xətirə, Yığılmışam bir çətirə, Nəyim varsa son sətirə, Yığıb getmək istəyirəm.
Saldı məni hər qapıya, Əydi məni hər qəpiyə, Bu taleyi bir təpiyə, Yıxıb getmək istəyirəm..
Uzaq-yaxın neçə kəsdən, Neçə ündən-neçə səsdən, Ömür boyda bir qəfəsdən, Çıxıb getmək istəyirəm..
Published online
Source: https://ayazarabaci.com/writing/heyat-yaman-ucuz-olub/