All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Nə fikrə getmisən soruşdu, qoca,

Ayaz Arabaçı

Nə fikrə getmisən soruşdu, qoca, -Oturmaq olarmı, -Əyləşin dedim. Hər yerə getmişəm, nə bilim baba, Dedim ki, bir az da fikirə gedim. Dünyanı deyirəm, dünyanı bala, Son vaxtlar necə də üzü bəd olub.. Yox idi əvvəllər ucu-bucağı, İndi bir otaqdan ibarət olub, -Yaxşı yadımdadı bax o binada, Bu dəmdə gözündə yaş gilələndi. Hə, bax o binada yetmiş il qabaq, Sifəti xeyli də nura bələndi, Sonra bir ah çəkdi-taleyə bir bax. Sanki külək alıb bir ovuc qarı, Çırpdı yaddaşında közərən oda. Üzünü döndərib sahilə sarı, Hə , onu deyirdim, bax elə orda. Qəfildən unutdu deyəcəyini, -Burda səhər-səhər sən xeyir ola, Heç baba , uşağı salırdım yola.. Saqqalı boyunca axdı gülüşü- Elə ki, süzürsən adam gözüylə, Ağırlıq gətirir həyat özüylə.. Bax orda görmüşdüm mən o cənabı, Yox, amma adını xatırlamadım.. Onun adındandı mənim də adım..

Published online