Poem · Azərbaycan
Nə gözüm bir çimir yuxu tanıdı,
Nə gözüm bir çimir yuxu tanıdı, Nə burnum başqa bir qoxu tanıdı.. Mən onu sevdiyim zamandan, ancaq, Sinəmə vurduğu oxu tanıdı. Elə oturdu ki ömrümə baha.. And içib söz verdim özümə daha, Bir daha heç kimi sevməyəcəyəm..
Olmadım hər eşqə plastik sınaq, Nəydi taleyimə o mistik sınaq.. Apardı qəlbimdə ballistik sınaq, Deyirdim bu qədər batmaz günaha, And içib söz verdim özümə daha, Bir daha heç kimi sevməyəcəyəm..
Ölümə gedərdim desəydi əgər, Səsimdə vüqar yox, sözümdə ləngər, Qəlbimdə qazılan bu qanlı səngər, Bir də qucaq açmaz naləyə, aha. And içib söz verdim özümə daha, Bir daha heç kimi sevməyəcəyəm..
Ruhumu ruhunda əridəsiymiş.. O qız bir ayrılıq xəritəsiymiş.. Hansısa yaramın xatirəsiymiş, Allahdan gəlmişdi, döndü Allaha.. And içib söz verdim özümə daha, Bir daha heç kimi sevməyəcəyəm..
Published online
Source: https://ayazarabaci.com/writing/ne-gozum-bir-cimir-yuxu-tanidi/