Poem · Azərbaycan
Mən gecəm deyəndə səni deyirdim -
Mən gecəm deyəndə səni deyirdim - Gündüzüm deyəndə səni deyirdim. Göz nədi, lüğətdə adicə sözdü, Mən gözüm deyəndə səni deyirdim.
Nərgizim,bənövşəm,çobanyastığım, Və laləm deyəndə səni deyirdim.. Köksümün altında haray qoparan, Şəlaləm deyəndə səni deyirdim.
Çırpınıb qalmışdım baxışlarında, Qəfəsim deyəndə səni deyirdim. Düzdü etirafım gec oldu bir az, Nəfəsim deyəndə səni deyirdim..
Hökmüm də, əmrim də əlində idi, Fərmanım deyəndə səni deyirdim. Ürək dərmanımın vaxtı keçəndə, Dərmanım deyəndə səni deyirdim.
Ləl kimi yanırdı gözümdə dünya - Mərcanım deyəndə səni deyirdim. Canıma gül olub qalmamışdım ha, Mən canım deyəndə səni deyirdim.
Published online
Source: https://ayazarabaci.com/writing/men-gecem-deyende-seni-deyirdim/