All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Mən hələ də həyatdan,

Ayaz Arabaçı

Mən hələ də həyatdan, Dərs almaq zorundayam. Məzmun etibarıyla, Hörümçək torundayam. Adam heykəli çıxmaz, Yaşatdığım isimdən. Narazıyam bu ömrün, İnşa mühəndisindən. Ömrü saatbasaat, Başlamışam qarətə. Həyatın gerçək üzü , Layiqdi həqarətə. İki dünya bir olsa, Sözümü geri almam. Məni satan adamdan, Özümü geri almam. Ağlım istədiyimtək, Hərəkətli deyildir. Dərddən başqa heç nəyim, Bərəkətli deyildir. Yalanı doğrulayıb, Gerçəyi pisləyirəm. Özüm də heç bilmirəm, Nə etmək istəyirəm. Hər tərəfdən bağlanan, Ümid yollarım ölmüş.. Qılıncı yadırğamış, Yorğun qollarım ölmüş. Tanrı, toyda-nişanda, Mənə də bax, güzgünəm, Səni xilas etməyə, Gücüm yoxdu, üzgünəm...

Published online