All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bu işlər necəsə qəfildən oldu..

Ayaz Arabaçı

Bu işlər necəsə qəfildən oldu.. Lap elə qəfildən-qəfil,bir cümə. Ondan bir gün qabaq qoroskopumda, Bir şeylər çıxmışdı ölü bürcümə.

Heç nəyə həvəsim yox idi düzü, Bir yandan pulsuzluq,bir yandan isti.. Bir də bu allahsız qara qayğılar, Bir də içimdəki tənhalıq hissi..

Baxdım,özümə də qəribə gəldi Çoxdandı gözümdə sökülmürdü dan. Bütün bədənimə başdan-ayağa. "Sistem"tək yeridin damarlarımdan.

Deyildir nəyinsə olmaq arzusu, Bilirəm əslində nədədir gücün. Mənim taleyimə pənah gətirən, Var ol o sevdalı ürəyin üçün..

Gör nələr yaşadır sinədolusu, Qoruyaq bu eşqi bir pələng kimi.. Uçur duyğularım sənin səmanda, Bir də enməyəcək çərpələng kimi..

Mənim şirinliyim acıdan çıxıb- Canımı min dəfə şəkərə salıb. Həyat nə zaman ki, gülüb üzümə, Alldadıb-aparıb təkərə salıb,

Amma sən.. amma sən nə deyim axı, Səsin gələn kimi gözüm nəmlənir.. Mən səni nə cürə ifadə edim.. Bütün gözəlliklər səndə cəmlənir..

Sənin hər istəyin,sənin hər arzun, Mənim ürəyimdə boy ata bilir.. İçimdə min ildi uyquya dalmış, Ballı misraları oyada bilir..

Published online