Poem · Azərbaycan
Sizin şəhərdə payızdı-
Sizin şəhərdə payızdı- Meh əsir, yarpaqlar tökülür, dodaqlarından axıb gedən gülüşlər kimi. Göz yaşlarına boğulmuş buludlar, havada yağmur nəşəsi.. Daş səkini döyəcləyir dikdabanlarının səsi.. Gözəl bir gün gözləyir bizi, dalınca gözəl bir həftə. Bir kitabsan hələ oxumadığım, qızılı rəfdə. Bu hissin dadı bir az lap ilk addımı atmaq kimidi, Xəyalında yaşatdığın gizli bir arzuya çatmaq kimidi... Sizin şəhərdə payızdı- Meh əsir, yarpaqlar tökülür.. Gözlərimdə ikinci dəfə dan yeri sökülür. Əvvəlcə sandım ki, məni aldırmadın. Sonra sandım ki, jest olsun deyə qırmadın.. Axarına buraxdım mövzunu, Dinmədim yol uzunu. Sonra sən bir telefon zəngiylə dağıtdın ortalığı.. Dedin- bu da xərclədiyimin"qalığı".. Sizin şəhərdə payızdı- Meh əsir, yarpaqlar tökülür, dodaqlarından axıb gedən gülüşlər kimi. Sehrlənmiş kimiyəm üçüncü günün səhəri. Elə bil ki, mənimçün salıblar bu şəhəri. Heç şübhəsiz yeganə xilas yoludu məhəbbət, ölümdən. Nə gözəlmiş təsadüflər.. Qopardır adamı nəmişlik qoxuyan ömürdən.
Published online
Source: https://ayazarabaci.com/writing/sizin-seherde-payizdi/