All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Sökülməyib göy üzündə dan,bala..

Ayaz Arabaçı

Sökülməyib göy üzündə dan,bala.. Bitməz hələ ölüm, qırğın, qan, bala, Arzulardan, sevgilərdən, can bala, Qurşunlara, mərmilərə gedərsiz..

Eh ay quşlar, nə veribsiz baş-başa.. Görmürsüzmü oturubdu daş-daşa.. Uçub- uçub bu şəhərdən birbaşa, Sünbül tutan zəmilərə gedərsiz..

Yüz axsaq var bir tərifli naxırda.. Gözəl qızlar, Allah göydən baxır da.. Dodaq büzüb oğlanlara axırda, Yekəqarın əmilərə gedərsiz..

Hər ağrının, hər acının öz yaşı.. Çox uzandı səbrinizin "döz yaşı", Göl olanda hamınızın göz yaşı, Minib köhnə gəmilərə gedərsiz..

Published online