All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Mənə qədər yox idin ki..

Ayaz Arabaçı

Mənə qədər yox idin ki.. Səni yoxdan-vara çəkdim. Bir bəxtəvər gün yaşadım, Ağrı gördüm,yara çəkdim..

Keçdim gəldim yeddi qatdan, Hüzurunda endim atdan, Eşq adlı bir bankomatdan, Beş-üç pozuq para çəkdim..

"Bir"də dolun,"yüz"də boşun, Çıxıb getdin qoşun-qoşun, Ürəyimi,halal xoşun, Səndən ötrü dara çəkdim.

Məni yox say ömür busa.. Sual uzun,cavab qısa, Yığıb bir gün nə vardısa Özüm üstən qara çəkdim.

Susub dinməz,dinməz o ney, Sərxoş etməz məni bu mey, Barmaq boyda sözü gör ey, Gör bir,hardan-hara çəkdim..

Published online