Poem · Azərbaycan
Sünbül saçlarına çağır əlimi,
Sünbül saçlarına çağır əlimi, Vəl elə, vəl elə, vəl elə gəlim. Eşqimi sinəndə gövhərə çevir, Ləl elə, ləl elə, ləl elə gəlim.
Çıxmışam nə vaxtdı ağıldan-huşdan, Birbaşa ox kimi sinəmə tuşdan, Gücü səndən alım, qanadı quşdan, "Gəl elə", "gəl elə" , "gəl elə" , gəlim.
Bilirəm ağzımın dadını əlbət, İçdikcə doyulmaz sən adlı şərbət, Çox yox ey, balaca əlini tərpət, Əl elə, əl elə, əl elə, gəlim.
Published online
Source: https://ayazarabaci.com/writing/sunbul-saclarina-cagir-elimi/