Kəşf etmək üçün 1423 şeir
Şeirlər
Yaddaşınızda qalacaq bir misra tapın.
İlk misraları oxuyun. Sizə yaxın olan şeirləri kəşf edin.
1423 şeir: 793–816
Toplamışam başıma bütün görməmişləri,
İtidi hər birinin tamah adlı dişləri.. Hələ ki,məndən keçir bu dünyanın işləri, Vəzifəyə daraşıb,əmim,dayım,xalam eyyy,
Sevgidən mərhəmət ummağa dəyməz,
Yıxanda vermir ki,aman,adama Sən mənə təzədən min bəzək vurub, Oxşada bilməzsən haman adama.
Çərpələngtək uçub getdi gəncliyim,
Saçlarımın dən ağrıyan yerindən. İndi sənə bu məktubu yazıram, Tüstü, duman, çən ağrıyan yerindən.
Faiz basıb yeyir məni,
Sələm basıb yeyir məni. Quyum basıb yeyir məni, Tələm basıb yeyir məni.
Sənin xətkeşin..
Bu sənin birinci silahın olub,Təmin eləyibdi müdafiəni.Yox, yox, demirəm ki, günahın olub,
İllərdi ki,başımızı axtarır,
Papağımız,örpəyimiz eləcə. Qızıl hərflə düşəcəkdir tarixə, Xoruz kimi köpməyimiz eləcə.
Evdə oturmuşdum,
Birdən qapı döyüldü, Baxdım gördüm zibildi.. Dedi,nöş oturmusan,
Fikirlidi göydələnlər ölkəsi,
Fikirlidi uçuq damlar şəhəri..Asta-asta qurtumlayır Xəzəri,Göy çinarlar,yaşıl şamlar şəhəri..
Bizdə əcəliynən ölmür ki, adam,
Dərddən cəhənnəmə vasil olunur.. Sən o buruqlarnan öyünmə qadam, Nöyüt qanımızdan hasil olunur..
Qeyrətini hər məqamda duyurdun,
Cəbhələrdə qanı qanla yuyurdun, Bu torpağın, bu vətənin, bu yurdun, Dar günündə yaraq olan şəhidim.
Qucur isti-isti neçə nakəsi,
Qolları qırılıb yanına düşmür.Kəndə qayıtmağa qərar vermişəm,Qanım bu şəhərin qanına düşmür..
Baxdım qəlbim ağrıdı, qonşum Əbülhəsənin, işdən-gücdən qalmayan qarısı zəifləmiş..
Nəyə gəldi ağrıyır, kimə gəldi ağrıyır,Canımın ağrımaqdan ağrısı zəifləmiş...Qurbanlıq qoyun kimi ötürüb qəssablara,
Bu yağış da bir yandan,yuyur xatirələri,
Köhnə lent yazıları xırıldayır başımda.Gündə min yol oxnmuş məhəbbət məktubları,Yorğun ayaqlarını uzadıb yaddaşımda.
Bir qərib axşamdı..və mən "Mars" otel,
Fikrimi məşğul eləyən ah, o, tel.. Keçdi yanımdan alagöz bir model, Gördüm, o saət də, görüb, gül dedim.
İllər öncə arzuların içində,
Quş iliyi,can dərmanı varıydı.. Heç birisi belə cılız deyildi, Hər birinin əti-qanı varıydı..
Üstümüzdə başdaşıtək durublar,
Nə olsun ki,Vətən birdi-çörək bir.. Bəxtimizə cin düyünü vurublar. Bezdik axı bir fal açın,görək bir,
Hər biri göz üstə şahlıq eləyir,
Bu qaşın o qaşdan nə fərqi var ki.. Dəlləyə bir ovuc tük topasıdı, Bu başın o başdan nə fərqi var ki..
Dünən gecə görürəm ki, yuxuda,
Ucdantutma yorta- yorta gedirəm. Sonra elə əliqanlı tələsik, Taksi tutub, aeroporta gedirəm.
Bəlkə heç sökülmədi,
Dan sual altındadı.. Heç nə bir anlıq deyil, An sual altındadı..
Məhəbbət yaşa baxmır..
Guya nəyə baxır ki, durub, yaşa da baxsın, O suyu qurumayan
Necəsən aclar şəhəri,
Xəraclar-baclar şəhəri.. Yalançı taclar şəhəri.. Gerçək əzablar şəhəri-
Pulu görür, bizi görmür,
Gözü olmayan adamlar. Təzəkdən başqa şey deyil, Közü olmayan adamlar.
Könlümü torpağından-
Daşından eləyirsən.. Hərdənbir bir "can" yazıb, Başından eləyirsən...
Mahiyyətcə eyni şeydi,
Doğmanı-yadı boş verin. Qaçıbdı hər ikisindən, Ağzımın dadı, boş verin.
Başqa bir başlanğıc
Şeir tapılmadı.
Daha qısa ifadə yazın və ya filtri silin.
Axtarış müvəqqəti əlçatan deyil. Aşağıdakı şeirlərə baxa bilərsiniz.
Bu brauzerdə saxlanılır. Hesaba ehtiyac yoxdur.