Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Sevgidən mərhəmət ummağa dəyməz,

Ayaz Arabaçı

Sevgidən mərhəmət ummağa dəyməz, Yıxanda vermir ki,aman,adama Sən mənə təzədən min bəzək vurub, Oxşada bilməzsən haman adama.

Ayrılıq camına süzülür qanım, Yoxdu qorunmağa qılınc-qalxanım, Simində nəğmələr qana çalxanır, Niyə toxunursan kaman adama..

Gəzib dolanırdım ağacda-daşda, Dedin gəl,yazıram adını başda. Mən indi gördüm ki,sevgi bu yaşda, Yaman dağ çəkirmiş,yaman,adama.

O qatı zülmətə mayak qoy apar.. Gedəmmir protez ayaq qoy,apar.. Aparsan özünü dayaq qoy apar, Bu qəddi əyilmiş kaman adama.

Olmasa dərmanı,məlhəm yolla, Saxlama hər dərdi-hər qəmi yolla, Sahilə çıxmağa bir gəmi yolla, Göz yaşı içinə daman adama..

Qaçma qismətindən antilop kimi, Ötmə min budaqda gəl,"hop-hop" kimi, Qatıb qabağına qovur top kimi, Zərrəcə acımır zaman,adama..

Saytda dərc olunub