Kəşf etmək üçün 1423 şeir

Şeirlər

Yaddaşınızda qalacaq bir misra tapın.

İlk misraları oxuyun. Sizə yaxın olan şeirləri kəşf edin.

1423 şeir: 817–840

  1. Səndən bir məktub gəlib,əllərimdə uçunur.

    Sözlər yandırmış olar, qələminin ucunu... Bunu necə yazmısan adam söz tapa bilmir.

    Azərbaycanca33 misra

  2. Açılmışdı göy üzü,

    bir ananın ovcutək,Günəş dağ yamacında sürünürdü ovçutək.Sarı,qıllı hörümçək

    Azərbaycanca41 misra

  3. Bəsdi süzdün buluddan,

    Bir yol da süz,gündən bir. Soraq tutmursan daha, Bu halı üzgündən bir..

    Azərbaycanca16 misra

  4. Faiz cəhənnəm oldu,

    Sələm istefa verdi. Canımdakı neçə dərd- Ələm istefa verdi.

    Azərbaycanca16 misra

  5. Hələ ki,dözürük xəyal qurub da,

    Arzu tənəzzüldə,ümid qürubda, Elə su aparır deyə,durub da, Xəmirnən bu qədər oynamaq olar?

    Azərbaycanca28 misra

  6. Çalış bir az sözlərinə yüyən vur,

    Necə gəldi sağa-sola danışma, Özünü qoy qabağına tüpür, söy, Bir dəfə də mala-pula danışma.

    Azərbaycanca28 misra

  7. çürüdü səpdiyim dən,

    quşlar da şuma gəlmir. heç nə zövqümcə deyil, heç kim xoşuma gəlmir.

    Azərbaycanca24 misra

  8. Baxma ki,xəyallarım,

    Yerlə-göylə əlləşir.. İşsizlikdən əllərim, Cibimdə tənbəlləşir..

    Azərbaycanca4 misra

  9. Bir də o dəstəyə əlim uzanmaz,

    Bir də o qapını açmaram daha. Elə yemişəm ki, boğazımadək, Kədərdən, ələmdən, acmaram daha.

    Azərbaycanca20 misra

  10. Təqvimdən çıxartdım ağa günləri, ,

    Günlərin hamısı xanım günüdür. Yəni ki, "nəfəsim" , "həyatım" , ömrüm, "Ürəyim" günüdür, "canım" günüdür.

    Azərbaycanca20 misra

  11. Müəlliməyə məktub...

    İkicə dəqiqə tutduq əl-ələ, Görüş planımız əlüstü idi. İstisi əlimdən getməyib hələ,

    Azərbaycanca20 misra

  12. Məni alıb səmaların qoynuna,

    Eşqdən başqa bir ayrı hiss götürmür.. Lap istəyir gündə min yol çən gələ, Yoxlamışam könlümü sis götürmür..

    Azərbaycanca20 misra

  13. Yolları min cürə nanəcib kəsir,

    Qanunan-qaydaynan nə nəcib kəsir,Biri qulaq kəsir, biri cib kəsir,Bəy, iş yerlərimiz yaman çoxalıb.

    Azərbaycanca24 misra

  14. Səninlə

    arama sədd qoya bilmirəm. qoyanda ölüm ayağında oluram.

    Azərbaycanca22 misra

  15. Belə yazdı bir şair,

    Fikrin ali qatında. Kim gedirsə o qalır, Adamın həyatında..

    Azərbaycanca32 misra

  16. Yuxuda gördüm ki,vəzifədəyəm,

    Əlimə nə keçir qamarlayıram.Süpürüb atıram daşı-kəsəyi,Yolumu-izimi hamarlayıram.

    Azərbaycanca60 misra

  17. İndi qumru xəyalın,

    Hayanda pərvazlanır. Mən tərəfə uçub gəl, Könlüm yaman nazlanır..

    Azərbaycanca32 misra

  18. Gəlib çıxdı qızdırmalı soyuqlar,

    Çiçəklərin ütüsünü aldılar. Bu ismətli ağaclara nə oldu, Bircə günə çılın-çılpaq qaldılar..

    Azərbaycanca20 misra

  19. Bu gün bizim hər oğlumuz Koroğlu,

    Bu gün bizim hər qızımız Niyardı.Azərbaycan köklü- başlı ölkədi,Azərbaycan adlı-sanlı diyardı..

    Azərbaycanca24 misra

  20. Nənəm derdi aradabir ağlayın,

    Ağlamağın hər adama xeyri var. İstəyirsən indi yazım göndərim, Əlimdə bir "dasvidaniya" şeyri var..

    Azərbaycanca4 misra

  21. Əzəldən sədaqət andı içmişəm,

    Borcumdu nə yazsam şahanə yazım. Ölkədə bir dənə düz iş yoxdu ki, Qələmi götürüm şaha,nə yazım..

    Azərbaycanca20 misra

  22. Neçə ildi ölkəmizin,

    Dəyişibdi landşaftı.. Bəlkə yağan yağış deyil, Analoqsuz inkişafdır...

    Azərbaycanca4 misra

  23. Hanı ol mah ilə mən ülfət etdiyim gecələr,

    Tülui-sübhə kimi külfət etdiyim gecələr)

    Azərbaycanca2 misra

  24. Yəhərləyib altdan-üstdən bürürsən,

    Necə gəldi, hara gəldi sürürsən,Yorulanda itə dönüb hürürsən,Ömür ki, var, bir cilovsuz atdı ey..

    Azərbaycanca20 misra