Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

İndi qumru xəyalın,

Ayaz Arabaçı

İndi qumru xəyalın, Hayanda pərvazlanır. Mən tərəfə uçub gəl, Könlüm yaman nazlanır.. Gəl bu boş qədəhləri, Məhəbbətlə dolduraq, Nə tutmursa,tutduraq, Nə olmursa,olduraq. Bahar görkəmində gəl, Gəlmə soyuq qış kimi. Şeirlərim tökülsün, Başından yağış kimi.. Dağınıq əllərimi, Saçlarına yığışdır. Gəl bu ömrü təzədən, Bir gecəyə sığışdır. Ayrılığın,həsrətin, Başında pambıq əkək. Adımızı bir eşqin, Qızıl suyuna çəkək. Gəl neçədə istəsən Hələ dan sökülməyib.. Gəl neçə ki,bu ömrün, Şirəsi tökülməyib. Saçı-başı dağınıq, Üstü-başı kirlə gəl. Gəl ey, hər şeyə rəğmən, Ən gözəl fikirlə gəl. Könül bu dar qəfəsdən, Aramağa səs eylər, Al-əlvan istəmirəm, "Ağ-qara" gəl, bəs eylər..

Saytda dərc olunub