Şeir · Azərbaycan
Məni alıb səmaların qoynuna,
Məni alıb səmaların qoynuna, Eşqdən başqa bir ayrı hiss götürmür.. Lap istəyir gündə min yol çən gələ, Yoxlamışam könlümü sis götürmür..
Ömrüm-günüm bir arzuya qatardı, Əlim bir vaxt hara desəm çatardı, Dəvələrə yükləsəydim yatardı, Ürək mənim yükümü pis götürmür.
Mən özümü əzəl başdan tanıram, Həyat nədi azdan-çoxdan qanıram, Hamınızın əvəzinə yanıram, Bir dəfə də bacamı his götürmür..
Qara günün ağ yoluna çıxıram, Gül yoluna,bağ yoluna çıxıram, Hər tərəfdən haq yoluna çıxıram, Ayaqlarım özgə bir iz götürmür.
Dərd eləmə olmayanda sözün,gəl.. Ağlayanda-sıtqayanda gözün,gəl, Gələ bilsən ad günümə özün gəl, Arabaçı başqa priz götürmür..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/meni-alib-semalarin-qoynuna/