Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Səninlə

Ayaz Arabaçı

Səninlə arama sədd qoya bilmirəm. qoyanda ölüm ayağında oluram. Səninlə balaca axmaq dəliyə dönürəm. saçlarında barmaq-barmaq zəliyə dönürəm. Çörək ətri kimisən toz basmış aclığıma. yanvarda may kimisən. pəncərəmdən səsləyirəm səni heyva ağaclarının çiçəkləmiş budaqlarına. Mən sənin əllərində dilini çıxardıb ləhləyən avqustam. Hər zaman o illərdəsən, çiçəklərin dərdlərə dərman olduğu illərdə. Qaraçı sirkindəki ayı kimi oynadırsan ürəyimi. Geyinsən də bircə rəngdə, donun min cür rəngə çalır. Hara qaçmaq istəyirəm ayaqlarım səndə qalır.

Saytda dərc olunub