Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Yolları min cürə nanəcib kəsir,

Ayaz Arabaçı

Ustad şair Əşrəf Veysəlliyə..

Yolları min cürə nanəcib kəsir,Qanunan-qaydaynan nə nəcib kəsir,Biri qulaq kəsir, biri cib kəsir,Bəy, iş yerlərimiz yaman çoxalıb.

Yoxdu qılınc vuran qolların hökmü,Sağa divan tutur, solların hökmü,Allahdan üstündü dolların hökmü,"Göy" iş yerlərimiz yaman çoxalıb.

Ömürdü, sürürük dadı olmayan,Allahı, imamı-zadı olmayan,Kitabda-dəftərdə adı olmayan,Səy iş yerlərimiz, yaman çoxalıb.

Bir kaftar sürüsü daraşıb ətə,Ah zavallı millət, ah yazıq vətən..Günəş neynəsin ki, bu rütubətə,Höyüş yerlərimiz yaman çoxalıb.

Uşaqlı-böyüklü qurtaraq əngdən,Bizim taleyimiz yoğrulub cəngdən,Gərək bərk yapışaq topdan-tüfəngdən.Döyüş yerlərimiz yaman çoxalıb.

Hamı istəyir ki baş allah olsun,Gəlməz öhdəmizdən beş allah olsun,Bu şanlı artıma maşallah olsun..Söyüş yerlərimiz yaman çoxalıb

Saytda dərc olunub