Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Faiz cəhənnəm oldu,

Ayaz Arabaçı

Faiz cəhənnəm oldu, Sələm istefa verdi. Canımdakı neçə dərd- Ələm istefa verdi.

Qayğı gördüm elimdən, Bir tük düşməz telimdən, Dünən gecə belimdən, Şələm istefa verdi.

Topladım cəm çıxmadı, Həm çıxdı,həm çıxmadı, Məndən Kərəm çıxmadı, Lələm istefa verdi.

Bir ah çəkdim su durdu, İlham pərim qudurdu, Kağız üzümə durdu, Qələm istefa verdi.

Saytda dərc olunub