Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Təqvimdən çıxartdım ağa günləri, ,

Ayaz Arabaçı

Təqvimdən çıxartdım ağa günləri, , Günlərin hamısı xanım günüdür. Yəni ki, "nəfəsim" , "həyatım" , ömrüm, "Ürəyim" günüdür, "canım" günüdür.

Elə bil bənövşə dəstələyirdin, Ətrinlə, qoxunla məst eləyirdin, Sən nə vaxt canıma qəsd eləyirdin, Qoy axsın deyirdim qanım, günüdür.

Sanki bu yaralar qaşınmayıb heç, O sevgi bir zərrə aşınmayıb heç, Elə bil o illər yaşanmayıb heç, Nə varsa danmışıq, danım günüdür.

Ömürdən, taledən düz küsüdü bu, Qoy sınsın ayrılıq güzgüsüdü bu, Mənim ürəyimin tüstüsüdü bu, İndi o günlərə yanım günüdür.

Sevda dedikləri bir ucuz alver, Ayağım altından çəkilibdi yer, Zəng elə eləcə başsağlığı ver, Bu gün sevgimizin anım günüdür..

Saytda dərc olunub